Naxçıvanda dezinformasiya və saxta xəbərlərlərlə mübarizə üsulları müzakirə edilib

Media
  • 30 may, 2025
  • 16:26
Naxçıvanda dezinformasiya və saxta xəbərlərlərlə mübarizə üsulları müzakirə edilib

“MEDİAFEST-2025” çərçivəsində “Dezinformasiya və fake news-larla mübarizə” mövzusunda panel müzakirə keçirilib

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında keçirilən “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” çərçivəsində “Dezinformasiya və fake news-larla mübarizə” mövzusunda panel müzakirəsi olub.

Paneldə Medianın İnkişafı Agentliyi (MEDİA) Naxçıvan Regional İdarəsinin müdiri Vəfa Aslanın moderatorluğu ilə baş tutan paneldə jurnalist Rüfət Həmzəyev, Mətbuat Şurası İdarə Heyətinin üzvü Elşad Eyvazlı, Bakı Dövlət Universitetinin (BDU) professoru Qulu Məhərrəmli və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov fikirlərini bölüşüblər.

44 - Tezliklə