Lənkəranda “Mediada nifrət çıxışı və onun qarşısının alınması” mövzusunda təlim keçirilib

Media
  • 13 iyun, 2022
  • 07:51
Lənkəranda “Mediada nifrət çıxışı və onun qarşısının alınması” mövzusunda təlim keçirilib

Lənkəranda “Mediada nifrət çıxışı və onun qarşısının alınması” mövzusunda təlim keçirilib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə iki günlük təlim Avropa Şurasının reallaşdırdığı Azərbaycanda Gender Bərabərliyi və Digər Etik Standartların Təşviqi layihəsi çərçivəsində baş tutub. Təlimlərdə media, QHT nümayəndələri və aktiv gənclər iştirak edib.

Medianın inkişafı üzrə ekspert Emin Hüseynzadə təlimin məqsədini açıqlayıb. Treninq iştirakçılarına nifrət nitqinin nədən ibarət olduğunu və nə zaman meydana çıxdığı, nifrət nitqi ilə söz azadlığı arasında olan sərhədin müəyyən edilməsi barədə məlumatlar verib, müqayisələr aparıb. Sosial mediada, müxtəlif platformalarda və televiziyalarda bu sahədə yol verilən nöqsanlar barədə əyani materiallar təqdim olunub.

Qeyd olunub ki, kimə qarşı yönəlməyindən və kimin qurbanı olmağından asılı olmayaraq nifrət nitqi qəbuledilməzdir:

"Təəssüf ki, müxtəlif resurslardan istifadə etməklə yaranan ünsiyyət hər zaman hörmət çərçivəsində baş vermir. Təhqiramiz ifadələr, aşağılayıcı sözlər, ayrı-seçkilik yaradan fikrlər təkcə onlayn ünsiyyətdə deyil, həmçinin gündəlik həyatımızdan tutmuş media portallarında, hətta daha geniş tərzdə özünü biruza verir. Nifrət nitqi fərdlərə, icmalara və cəmiyyətlərə ziyan verir. Araşdırmalar göstərir ki, nifrət nitqi qurbanları emosional, fiziki və mənəvi neqativ hallarla qarşılaşırlar. Bu hallara aşağı özgüvən, narahatlıq, qorxu, özünə zərərvermə və hətta özünə qəsd daxildir. İrqi, dini, milli, cinsi, qaçqınlara, qadınlara və bir sözlə "başqalarına" qarşı mübarizəyə çevrilir. Nifrət nitqi nəzarət edilmədikdə şiddətə və ən pis halda soyqırmına gətirib çıxarır".

Treninqdə nifrət nitqinə təkanverici və cəlbedici faktorlara yanaşı mübarizə yolları və cəzalar barədə də məlumatlar verilib. Sonda iştirakşılara sertifikatlar təqdim olunub.

44 - Tezliklə