İtaliyanın "Corriere della Sera" qəzeti Lavrovla müsahibənin dərcindən imtina edib

Media
  • 13 noyabr, 2025
  • 02:07
İtaliyanın Corriere della Sera qəzeti Lavrovla müsahibənin dərcindən imtina edib

İtaliyanın "Corriere della Sera" qəzeti Rusiya xarici işlər naziri Sergey Lavrovla müsahibənin dərcindən imtina edib və bunu "mübahisəli iddiaların" mövcudluğu ilə əsaslandırıb.

"Report"un TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qurum son aylarda "Rusiyaya dair onsuz da çox olan saxta məlumatların" artdığını qeyd edib.

"Bu yalan axınını, heç olmasa, bir qədər dayandırmaq üçün İtaliyanın aparıcı qəzetlərindən biri olan "Corriere della Sera"ya Rusiya xarici işlər naziri Sergey Lavrovla eksklüziv müsahibə götürməyi təklif etdik. Qəzetin redaksiyası bu təklifi həvəslə qəbul etdi, geniş suallar göndərdi və nazir hər birinə ətraflı cavab verdi. Müsahibə mətni operativ şəkildə hazırlandı və dərc oluna bilərdi. Lakin nəşr Lavrovun öz suallarına verdiyi cavabları yerləşdirməkdən imtina etdi", – deyə nazirlik bildirib.

Qəzet bu qərarını Lavrovun sözlərində faktların yoxlanılmasını və əlavə izahları tələb edən çoxlu mübahisəli iddiaların olması ilə izah edib.

Rusiya XİN "Corriere della Sera"nın bu addımını "açıq senzura" kimi qiymətləndirib.

Son xəbərlər

Bütün Xəbər Lenti