Baş redaktor: Azərbaycan mediası informasiya cəbhəsində öz qalibiyyətini təsdiqləyib

Media
  • 30 may, 2025
  • 12:38
Baş redaktor: Azərbaycan mediası informasiya cəbhəsində öz qalibiyyətini təsdiqləyib
Sara Əzimova

Azərbaycan mediası informasiya cəbhəsində öz sözünü deyib və qalibiyyətini təsdiqləyib.

"Report"un yerli bürosu xəbər verir ki, bunu “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova mayın 30-da Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri" konfransı - "MEDİAFEST-2025" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan mediası son beş ildə təkcə döyüş və diplomatiya meydanlarında deyil, informasiya cəbhəsində də öz sözünü deyib:

"Dövlət başçısının müəyyən etdiyi strateji yol xəritəsi milli maraqların qorunduğu, informasiya suverenliyinin təmin olunduğu, innovasiya və peşəkarlığın əsas götürüldüyü bir medianın formalaşdırılmasıdır.

Bu xətt bizim üçün təkcə istiqamət deyil, həm də məsuliyyətdir. Çünki biz bu yolla gedərək yalnız bu günün deyil, gələcəyin mediasını - daha güclü, daha dayanıqlı və milli maraqlara əsaslanan bir media sistemi formalaşdırırıq”.

44 - Tezliklə