Azərbaycanlı jurnalistlər İsrailin "i24NEWS" telekanalının redaksiyasında olublar

Media
  • 03 sentyabr, 2026
  • 19:19
Azərbaycanlı jurnalistlər İsrailin i24NEWS telekanalının redaksiyasında olublar

Azərbaycanlı jurnalistlərdən ibarət nümayəndə heyəti İsrailin beynəlxalq "i24NEWS" telekanalının redaksiyasını ziyarət edib və Yaxın Şərqdə davam edən gərginlik şəraitində media resursun fəaliyyətinin spesifikasını öyrənib.

"Report"un İsrailə ezam olunan əməkdaşı xəbər verir ki, azərbaycanlı jurnalistlar telekanalın iş prinsipləri və redaksiyanın Yaxın Şərqdəki siyasi vəziyyətin işıqlandırılmasına yanaşması ilə tanış olublar.

"i24NEWS"un sədri Frank Melul qeyd edib ki, telekanalda müxtəlif millətlərin və dinlərin nümayəndələri çalışır.

"Bizim telekanalda ərəblər və yəhudilər, regiondakı bütün əsas konfessiyaların nümayəndələri işləyir, biz dialoqun tərəfdarıyıq", - o deyib.

Melul vurğulayıb ki, Yaxın Şərqdəki münaqişə şəraitində telekanal baş verən hadisələrin işıqlandırılmasında obyektivliyi qorumağa çalışır.

44 filmi