Azərbaycanda ilk televiziyanın fəaliyyətə başlamasından 59 il ötür
- 14 fevral, 2015
- 12:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanda və şərqdə ilk televiziya olan, indiki AzTV kanalının yaranmasından 59 il keçir.
"Report" xatırladır ki, SSRİ-də Bakı televiziya studiyası 14 fevral 1956-cı ildə fəaliyyət göstərməyə başlayıb.
İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova görünüb. O, çıxışını "Göstərir Bakı!" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.
1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb. 2005-ci ildən isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə şirkət "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.
Azərbaycan televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb.