​“ASAN Radio” vakant vəzifələri tutmaq üçün iş elanı verib

Media
  • 05 yanvar, 2016
  • 08:20
​“ASAN Radio” vakant vəzifələri tutmaq üçün iş elanı verib

Bakı. 5 yanvar. REPORT.AZ/ “ASAN Radio” vakant vəzifələri tutmaq üçün işə qəbul elan edib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən “Report”a verilən məlumata görə, vakant yer aparıcı, redaktor, müxbir, texniki işçi, marketinq üzrə mütəxəssis vəzifələrinədir.

Maraqlananlar CV-lərini info@asanradio.az ünvanına göndərə bilərlər.

Seçilən namizədlər yanvarın 18-də müsahibəyə dəvət olunacaqlar.