Naxçıvanda iranlı fotoqrafın sərgisi təşkil olunacaq

Mədəniyyət
  • 09 iyul, 2017
  • 08:50
Naxçıvanda iranlı fotoqrafın sərgisi təşkil olunacaq

Bakı. 9 iyul. REPORT.AZ/ Naxçıvanda "Müasir İran mədəniyyətinin görkəmli nümayəndələri" adlı sərgi təşkil olunacaq.

İranın Naxçıvandakı baş konsulluğundan “Report”a verilən məlumata görə, sərgi 11-15 iyul tarixlərində NRB Bəhruz Kəngərli adına sərgi salonunda keçiriləcək.

Sərgidə Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərindən olan bir çox mədəniyyət və incəsənət nümayəndələrinin, o cümlədən də, rəssamlar, yazıçılar, şairlər, musiqiçilər və s. kimi sahələrdən olan görkəmli və tanınmış şəxslərin foto şəkilləri nümayiş olunacaq.

Fotolar İranın tanınmış fotoqrafı olan Paşa Hadiyan tərəfindən ağ - qara üslubda hazırlanıb. Fotolarda müasir İran mədəniyyətinin görkəmli və məşhur şəxslərinin incəsənət həyatı öz əksini tapıb.

44 filmi