Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyədə beynəlxalq festivalda çıxış edib
Mədəniyyət
- 05 iyul, 2026
- 15:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Trabzon vilayətinin Akçaabat bələdiyyəsinin təşkil etdiyi "VI Açıq Hava Teatr Günləri" çərçivəsində uğurla çıxış edib.
"Report"un yerli bürosu xəbər verir ki, festival çərçivəsində teatr kollektivi yazıçı Balaxan Nəzərlinin "Gəmi batır" əsəri əsasında Əməkdar artist Səməd Canbaxşiyevin quruluş verdiyi eyniadlı tamaşanı nümayiş etdirib.
Tamaşada əsas rolları Səməd Canbaxşiyev və Ləman Vəliyeva ifa ediblər. Səhnə və musiqi tərtibatı da Səməd Canbaxşiyevə məxsusdur.
Qara dəniz sahilində, açıq havada qurulan səhnədə nümayiş etdirilən tamaşa Akçaabat sakinləri və şəhər qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
Son xəbərlər
02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr
02:35
Türkiyə Moskva və Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Region
02:18
Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
Digər ölkələr
01:38
ABŞ Ukrayna qaçqınlarının ərazisində qalmaq hüququnu ləğv etməyəcək
Digər ölkələr
01:28
Nizami rayonunda iki gün su olmayacaq
İnfrastruktur
01:08
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
Region
00:47
İran ABŞ-nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib
Region
00:16
Video
İngiltərə Premyer Liqasında son doqquz ildə ən uzun məsafədən qol vurulub
Futbol
23:52
Skott Bessent: Avropa Rusiyaya Ukraynaya ayırdığından çox pul ödəyib
Digər ölkələr