​Misirdə Musa peyğəmbər haqqında filmin nümayişi qadağan olunub

Mədəniyyət
  • 27 dekabr, 2014
  • 01:34
​Misirdə Musa peyğəmbər haqqında filmin nümayişi qadağan olunub

Bakı. 27 dekabr. REPORT.AZ/ Misir hakimiyyəti Hollivudun Musa peyğəmbər (ə) haqqında çəkdiyi yeni Bibliya dastanı - "Nəticə: hökmdarlar və allahlar" filminin ölkə kinoteatrlarında nümayişinə qadağa qoyub.

"Report" BBC-yə istinadən xəbər verir ki, dövlət senzuraçıları öz qərarlarını tarixi qeyri-dəqiqliklərin aşkarlanması, xüsusilə də, Misir ehramlarının yəhudilər tərəfindən tikilməsi ehtimallı ilə izah ediblər.

Misirin mədəniyyət naziri bildirib ki, film tarixi hadisələri sionist nöqteyi nəzərindən diqtə edir.