​Məşhur Hollivud aktrisası Kemeron Dias ailə həyatı qurub

Mədəniyyət
  • 06 yanvar, 2015
  • 01:53
​Məşhur Hollivud aktrisası Kemeron Dias ailə həyatı qurub

Bakı. 6 yanvar. REPORT.AZ/ Hollivud aktrisası Kemeron Dias "Good Charlotte" rok qrupunun frontmeni Benci Medden ilə ailə həyatı qurub.

"Report" xəbər verir ki, bu barədə "US Weekly" nəşrinin məlumatında bildirilir.

Nikah mərasimi yanvarın 5-də cütlüyün Beverli-Hillzdəki evində baş tutub.