Ümumdünya Turizm Təşkilatının "Turizm hekayələri" kitabında Lahıc haqqında məqalə dərc olunub
- 17 sentyabr, 2015
- 15:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 sentyabr. REPORT.AZ/ Kolumbiyanın Medellin şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 21-ci sessiyası keçirilir.
"Report" xəbər verir ki, sessiyada təşkilatın hazırlanmış "Turizm hekayələri" kitabının ikinci buraxılışının təqdimatı keçirilib.
Təqdimatı BMÜTT-nin baş katibi Taleb Rifai edib. Kitab dünyanın fərqli ölkələrində turizm sahəsində çalışan 28 adamdan bəhs edir və turizmin insanların həyat səviyyəsinin yüksəlməsində, cəmiyyətin müsbət tərəfə inkişafında rolunu göstərir.
Kitabda Lahıcda yaşayan müəllim Dadaş Əliyevin "Lahıcın imkanlar dili" hekayəsi də yer alıb.
Hekayə Lahıc kəndində turizmin inkişafı haqqında bəhs edir və bunun kənddə yaşayan əhaliyə təsirini göstərir.