Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində dəyirmi masa keçirilib

Mədəniyyət siyasəti
  • 14 oktyabr, 2025
  • 13:02
Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində dəyirmi masa keçirilib

Azərbaycan Milli Kitabxanasında Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində dəyirmi masa keçirilib.

"Report"un məlumatına görə, tədbirdə Azərbaycan və Türkmənistanın mədəniyyət nazirlərinin müavinləri, digər dövlət qurumlarının nümayəndələri, mədəniyyət və elm xadimləri, yazıçılar, şairlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Milli Kitabxananın direktoru Kərim Tahirov açılış nitqində iki ölkə arasındakı mədəni və ədəbi əlaqələrin inkişafına toxunub. O, bu cür görüşlərin ədəbiyyat, elm və mədəniyyət nümayəndələrinin fikir mübadiləsi aparması, yeni əməkdaşlıq layihələrinin formalaşması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycan və Türkmənistan xalqlarının qədim tarixi və mədəni əlaqələrə söykəndiyini vurğulayıb. Nazir müavini iki ölkə arasında mədəni əməkdaşlığın inkişaf perspektivlərindən bəhs edib.

Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov isə mədəniyyət və ədəbiyyat sahəsində keçirilən görüşlərim gələcəkdə yeni layihələrə yol aça biləcəyinə diqqət çəkib. O bu görüşlərin gənc tədqiqatçıların və yazıçıların qarşılıqlı təcrübə mübadiləsinə əsas verəcəyini də istisna etməyib.

Dəyirmi masa qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti