Özbəkistanın Kuğurcaq teatrı Biləsuvarda qastrol səfərində olub

Mədəniyyət siyasəti
  • 28 oktyabr, 2023
  • 15:38
Özbəkistanın Kuğurcaq teatrı Biləsuvarda qastrol səfərində olub

Özbəkistan Respublikasının Kuğurcaq teatrı Biləsuvar rayonunda qastrol səfərində olub.

"Report"un Muğan bürosunun məlumatına görə, Surxandaryo vilayətinin Kuğurcaq teatrının kollektivi tərəfindən Biləsuvar rayon mədəniyyət evində “Karvansaray“ tamaşası nümayiş olunub.

Tamaşanın nümayişində rayon rəhbərliyi ilə yanaşı, ictimaiyyət nümayəndələri də iştirak edib.