Nuridə Allahyarova Mədəniyyət Nazirliyindəki vəzifələrindən çıxıb

Mədəniyyət siyasəti
  • 22 fevral, 2023
  • 09:15
Nuridə Allahyarova Mədəniyyət Nazirliyindəki vəzifələrindən çıxıb
Nuridə Allahyarova

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova vəzifəsindən azad olunub.

"Report" xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

Məlumata görə, N.Allahyarova həmçinin nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsindən də ayrılıb.