“Leading Edge” jurnalının Azərbaycana həsr olunmuş sayı nəşr edilib

Mədəniyyət siyasəti
  • 13 fevral, 2015
  • 06:19
“Leading Edge” jurnalının Azərbaycana həsr olunmuş sayı nəşr edilib

Bakı. 13 fevral. REPORT.AZ/ Business Outlook şirkətinin aylıq nəşr olunan "Leading Edge" jurnalının fevral sayı Azərbaycana həsr olunub.

"Report" xəbər verir ki, "Leading Edge: Azerbaijan" başlığı ilə nəşr olunan jurnalda əsasən Bakıda keçiriləcək "Bakı-2015" I Avropa Oyunları ərəfəsində ölkənin təbliği məqsədilə müxtəlif sahələr, o cümlədən mədəniyyət və turizm üzrə müsahibələr və məqalələr çap olunub.

Qeyd edək ki, jurnal İngiltərənin Business Outlook şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasındakı əməkdaşlıq nəticəsində nəşr olunub.