Komitə sədri: "Bayırşəhərdə" hər hansı tarixi abidə qəti şəkildə sökülə bilməz

Mədəniyyət siyasəti
  • 14 mart, 2025
  • 16:46
Komitə sədri: Bayırşəhərdə hər hansı tarixi abidə qəti şəkildə sökülə bilməz

Tarixi abidələrin sökülməsindən söhbət gedə bilməz.

"Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Bayırşəhər”də tarixi abidələrin sökülməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, sosial mediada bu kimi fikirlər səsləndirilsə də, belə hal mümkün deyil:

“Müəyyən aşınmaya məruz qalan evlər ola bilər, onların sökülməsi mümkündür. Amma ümumilikdə hər hansı tarixi abidə qəti şəkildə sökülə bilməz”.

44 filmi