III Beynəlxalq Opera Festivalından öncə konsert proqramı təqdim olunub
- 04 sentyabr, 2026
- 14:05
Yeniliklərdən dərhal xəbərdar olun!
III Beynəlxalq Opera Festivalından öncə konsert proqramı nümayiş olunub.
"Report"un məlumatına görə, proqramda festivalın təşkilatçısı Xalq artisti Fidan Hacıyeva ilə yanaşı, bir çox gənc peşəkar solistlər çıxış ediblər.
Solistlər yerli və xarici bəstəkarların repertuarlarından parçalar səsləndiriblər.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda ən uzunmüddətli opera layihələrindən biri olan festival 7 sentyabr – 7 dekabr tarixlərində keçiriləcək.
Layihə çərçivəsində Bakı və Azərbaycanın müxtəlif şəhərlərindən başqa, xarici ölkələrdə də silsilə konsert proqramları təşkil olunacaq.
Üç aylıq festival layihəsinin bir sıra tədbirlərinin Azərbaycanın ali təhsil müəssisələrində keçirilməsi nəzərdə tutulur.
Festivalın mühüm istiqamətlərindən biri "Gənc səslər gələcəyə səslənir" layihəsidir. Layihənin əsas məqsədi Azərbaycanın istedadlı gənc vokal ifaçılarını üzə çıxarmaq, onların peşəkar səhnədə çıxış imkanlarını genişləndirmək və gənclərin opera sənətinə marağını artırmaqdır.