Emi Karlon Basqalın kəlağayı sənəti və ipəkçilik ənənələri ilə tanış olub
- 01 sentyabr, 2026
- 19:25
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon İsmayıllının tarixi yerlərindən biri olan Basqala səfər edib və onun zəngin mədəni irsi, ənənəvi sənətkarlığı ilə yaxından tanış olub.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Qədim tarixə malik olan Basqal kəlağayı sənəti və ipəkçilik ənənələri ilə xüsusilə seçilir", - paylaşımda bildirilib.
Səfər zamanı E. Karlon bölgənin zəngin tarixi-mədəni irsi, əsrlər boyu yaşadılan sənətkarlıq ənənələri və özünəməxsus ab-havası ilə yaxından tanış olub.
Xatırladaq ki, E. Karlon İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı ilə də görüşüb və ABŞ ilə Azərbaycan arasında investisiya və humanitar əlaqələr sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Müvəqqəti işlər vəkili Emi Karlon İsmayıllının tarixi kəndlərindən biri olan Basqala səfər edərək onun zəngin mədəni irsi və ənənəvi sənətkarlığı ilə yaxından tanış olub. Qədim tarixə malik olan Basqal kəlağayı sənəti və ipəkçilik ənənələri ilə xüsusilə seçilir. Səfər zamanı Emi… pic.twitter.com/6FNAQY71hi
— U.S. Embassy Baku (@USEmbassyBaku) September 1, 2026