Əbülfəs Qarayev Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Mədəniyyət siyasəti
  • 23 sentyabr, 2015
  • 05:42
Əbülfəs Qarayev Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 29-da Lənkəran şəhəri, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Qəbul saat 11-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər. Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.