Cavanşir Quliyev: Tofiq Bakıxanov Azərbaycan musiqisində önəmli yerə sahib sənətkarlardandır
- 25 avqust, 2026
- 12:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Tofiq Bakıxanov Azərbaycan musiqisində önəmli yerə sahib sənətkarlardan biridir.
"Report" xəbər verir ki, bunu əməkdar artist Cavanşir Quliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Tofiq Bakıxanov uzun illər davam edən yaradıcılıq fəaliyyəti dövründə müxtəlif janrlarda çoxsaylı əsərlər ərsəyə gətirib:
"O yaradıcılıq illərində ciddi əsərlər yazıb. İlkin əsərlərdən tutmuş baletlərə, mahnılara qədər, çox sayda yüksəkkeyfiyyətli əsər yazıb və Azərbaycan xalqının sevgisinə nail olub. Biz musiqiçilər Tofiq müəllimə son dərəcə hörmət edirdik. Ümid edirəm və əminəm ki, Tofiq Bakıxanovun yaradıcılığı uzun illər Azərbaycan musiqi mədəniyyətinə, yeni nəsillərə xidmət edəcək. Gənclər onun əsərlərindən öyrənəcək, bəhrələnəcəklər. Xalqın hafizəsində Tofiq Bakıxanov, məncə, əbədi olaraq qalacaq".
Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib. O, bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.