Bakıda Türkiyənin "Reyhani" qrupunun konserti keçiriləcək

Mədəniyyət siyasəti
  • 01 aprel, 2015
  • 05:03
Bakıda Türkiyənin Reyhani qrupunun konserti keçiriləcək

Bakı. 1 aprel. REPORT.AZ/ Bakıda Türkiyənin Mardin şəhərindən olan "Reyhani" qrupunun konserti keçiriləcək.

"Report" xəbər verir ki, konsert Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət şöbəsinin dəstəyi ilə keçiriləcək. 

Konsert aprelin 3-də saat 19.30-da Rəşid Behbudov adına Mahnı teatrında baş tutacaq. 

44 - Tezliklə