Bakıda Macarıstanın Milli Günü münasibətilə konsert proqramı keçirilir
- 22 oktyabr, 2025
- 20:02

Bakıda Macarıstanın Milli Günü və 1956-cı il inqilabının ildönümü münasibətilə konsert proqramı keçirilir.
"Report" xəbər verir ki, Macarıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma çıxış edərək ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etməsinə diqqət çəkib.
Daha sonra Macarıstan Prezidenti Tamaş Şuyok tərəfindən "Xidmətlərə görə ulduzlu komandor xaçı" ordeni ilə təltif olunan Azərbaycan-Macarıstan Parlamentlərarası Dosluq Qrupunun sədri Əli Hüseynliyə səfir Tamaş Torma tərəfindən orden təqdimatı olunub.
Rəsmi hissədən sonra Tilla Török Ansamblının konsert proqramı başlayıb.