Bakıda "Force of Love" 2026 yay festivalı keçirilib
- 10 iyun, 2026
- 17:45
Yeniliklərdən dərhal xəbərdar olun!
5–7 iyun tarixlərində Space____________13 incəsənət məkanında NARGIS jurnalının təşkilatçılığı ilə yaradıcılığı, sənətkarlığı və canlı ünsiyyəti bir araya gətirən genişmiqyaslı "Force of Love" festivalı keçirilib. Festivalın əsas məqsədi ailə, uşaqlar və dostlar ilə birlikdə vaxt keçirməsi, unudulmaz təəssüratlar qazanması və əyləncəli anlar yaşaması üçün imkan yaratmaqdır.
Üç gün ərzində paytaxt sakinləri və qonaqları zinət və interyer əşyaları, kitablar, geyimlər, çantalar və digər məhsullar əldə etmək, həmçinin müxtəlif yemək və içkiləri dadmaq imkanı qazanıblar.
Əlavə olaraq festival yaradıcı, maarifləndirici və əyləncəli tədbirlərlə zəngin proqram təqdim edib. Qonaqlar NARGIS jurnalının baş redaktoru Ülviyyə Mahmud və rəqqas Fərid Mehdiyevlə birlikdə baçata rəqsini öyrəniblər, eyni zamanda rəssamlıq, abstrakt incəsənət, keramika və kətan üzərində rəsm, skrapbukinq, robototexnika, xalçaçılıq, trafaret rəssamlığı və kulinariya üzrə master-klasslarda iştirak edə biliblər. Bundan əlavə, qonaqlara Project Flat-ın ləziz təamları, Game Buzz-un oyunları, Bəhram Bağırzadənin kitabları, ənənəvi xına naxışları və həm uşaqlar, həm də böyüklər üçün rəngarəng feys-art təqdim olunub.
Festivalın ilk günü uşaqlara həsr edilib. Uşaqların Beynəlxalq Müdafiəsi Gününə özəl olaraq əyləncə proqramı çərçivəsində 1 saylı Uşaq Evinin sakinləri üçün tədbirlər Nargis Fund ilə birgə təşkil olunub. Balaca qonaqlar kukla tamaşasına baxıblar, yaradıcılıq master-klasslarda iştirak ediblər, hədiyyələr aldılar və bayram təamlarından zövq alıblar.
İyunun 6-da gələcək nəsillərə qayğını və təbiətlə harmonik birgəyaşayışı simvolizə edən mühüm ekoloji təşəbbüsü ilə ağacəkmə aksiyası keçirildi. Aksiyaya NARGIS jurnalının baş redaktoru Ülviyyə Mahmud rəhbərlik edib.
İyunun 7-də CineMastercard ilə birgə uşaqlar üçün cizgi filminin nümayişi təşkil olunub. Film gənc qonaqların böyük marağına səbəb olub, onlara unudulmaz təəssüratlar, çoxlu təbəssüm və xoş əhval-ruhiyyə bəxş edib.
Festival çərçivəsində tədbirin dəstəkçisi olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni və Kreativ Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz) tərəfindən master-klasslar, stolüstü oyunlar və tematik vorkşoplar təşkil olunub. Bundan əlavə, qonaqlar Mərkəz tərəfindən təqdim olunan gənc yerli brendlərlə tanış ola biliblər.
Tədbirin tərəfdaşlarından biri də Baku City Circuit oldu və onun dəstəyi bu genişmiqyaslı tədbirdə mühüm rol oynayıb.
Festival boyu qonaqların rahatlığı üçün BakuBus tərəfindən ödənişsiz avtobuslar fəaliyyət göstərib.
Bu üç günü bizimlə bölüşən, onları istilik, sevinc və ilham dolu xüsusi bir atmosferlə zənginləşdirən hər kəsə minnətdarıq. Yeni görüşlərədək!