Bakıda anadan olan Rusiyanın əməkdar artisti vəfat edib
Mədəniyyət siyasəti
- 07 noyabr, 2023
- 23:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Uğur centlmenləri” filmindəki rolu ilə tanınan teatr və kino aktyoru Anatoli Yabbarov 86 yaşında vəfat edib.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, aktyorun noyabrın 6-da dünyasını dəyişdiyi dəqiqləşsə də, ölümünün səbəbi açıqlanmır.
Anatoli Yabbarov 1937-ci il avqustun 24-də Bakıda anadan olub. O, kinoda debütünü 1964-cü ildə edib. Ən məşhur rolları arasında “Qaçış” (1970), “Uğur centlmenləri” (1971), “İki kapitan” (1976), “Həbsxanadan qaçış” (1977) filmləri var.
Anatoli Yabbarov daha çox epizodik rollar oynasa da, obrazları parlaq və yaddaqalan idi. Xüsusi teksturası sayəsində mənfi personajları yaxşı bacarırdı. Rusiyanın əməkdar artisti 1996-cı ildən Dövlət Kino Aktyor Teatrında çalışıb.
Son xəbərlər
16:55
Foto
Video
Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub
Hərbi
16:48
Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - yenilənib
Region
16:42
Minifutbol millisinin baş məşqçisi İlkin Hacıyev: "Xorvatiyaya dünya çempionu olmağa gəlmişik"
Futbol
16:41
"Access Bank" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
16:33
Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
Xarici siyasət
16:32
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəza sərtləşdirilib
Region
16:18
"DigiTravel" ilə aviabiletləri də indi alıb, sonra ödəyin!
Maliyyə
16:18
EHF Avropa Kuboku: "Kür"ün növbəti mərhələdəki rəqibi bəlli olub
Komanda
16:18
Foto
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Xarici siyasət