Bakıda Alman-Avstriya caz qrupunun konserti keçiriləcək

Mədəniyyət siyasəti
  • 27 fevral, 2016
  • 06:59
Bakıda Alman-Avstriya caz qrupunun konserti keçiriləcək

Bakı. 27 Fevral. REPORT.AZ/ Bakıda "Expressway Sketches" Alman-Avstriya caz qrupunun konserti keçiriləcək.

Avstriyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, konsert martın 3-də keçiriləcək. "Landmark" caz klubunda baş tutacaq tədbir saat 19:00-da başlayacaq.

Avstriya və Almaniyanın Azərbaycandakı səfirlikləri tərəfindən təşkil edilən konsertə giriş pulsuzdur.