Azərbaycanın sənət adamları Türkiyədə "Kültür yolu" festivalına qatılıb

Mədəniyyət siyasəti
  • 14 sentyabr, 2025
  • 17:24
Azərbaycanın sənət adamları Türkiyədə Kültür yolu festivalına qatılıb

Azərbaycanın sənət adamları Türkiyədə "Kültür yolu" festivalına qatılıb.

Bu barədə "Report"un yerli bürosuna Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Yaşayan Miras və Mədəni Fəaliyyətlər şöbəsinin Baş direktoru, Qaziantepdə keçirilən "Kültür Yolu" festivalının rəhbəri Selim Terzi bunu bildirib.

S.Terzi deyib ki, layihə çərçivəsində Azərbaycanın Türkiyədəki Səfirliyi ilə əməkdaşlığı mövcuddur: "Kültür yolu" festivalı çərçivəsində Azərbaycandan iştirak edən sənətçi dostlarımızı qarşılayır, qəbul edirik. Səfirliyinizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə fəaliyyət göstəririk".

Baş direktor Azərbaycandan layihəyə ciddi maraq göstərildiyini də qeyd edib: "Avqustun 23-də Ərzurumda layihə çərçivəsində "Can Azərbaycandan Sevgilərlə" başlığı altında Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi Qarabağ Muğam Qrupu və Azərbaycan Kültür Mərkəzinin "Zəngəzur" Xalq Rəqsləri Ansamblının çıxışları çox böyük tamaşaçı rəğbəti qazandı. Bundan başqa Çanaqqalada YUNESKO-ya tərəfdaş ölkələrdən olan Azərbaycan, Fransa, İran, Qazaxıstan, Monqolustan və Özbəkistanın iştirakı ilə "Ənənəvi keçə istehsalı"Ndan bəhs edən silsilə tədbirlər keçirildi. Azərbaycan tədbirlərdə fəal iştirak etdi. Bir neçə ay öncə biz Azərbaycana səfərimizdə də bu festivala maraq göstərildiyinə şahid olduq".

Son xəbərlər

Bütün Xəbər Lenti