Adil Kərimli: Azərbaycan türkoloji irsə hər zaman ehtiram və diqqət göstərib

Mədəniyyət siyasəti
  • 30 iyun, 2026
  • 11:49
Adil Kərimli: Azərbaycan türkoloji irsə hər zaman ehtiram və diqqət göstərib

Birinci Türkoloji Qurultayın Türk dünyası üçün nə dərəcədə əhəmiyyətli bir anlayış olduğu bir daha nümayiş olunur.

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin ikinci günündə çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan dövləti bu irsə hər zaman ehtiram və diqqət göstərib: "Birinci Türkoloji Qurultay siyasi-ictimai anlayışdan əlavə, həm də böyük bir mədəni dəyərdir. Düşünürəm ki, biz hər birimiz bu irsə, mirasa sahib çıxmalıyıq".

A.Kərimli "Türk Dünyası Həftəsi" çərçivəsində aparılan müzakirələrin əhəmiyyətinə də toxunub: "Bütün bunların hər biri bu elmi-mədəni irsin qorunmasına, inkişafına xidmət edir. Bu ideya ətrafında birləşmək, ona töhfə vermək, hesab edirəm, hər birimizin borcudur".

Mədəniyyət naziri türkologiya elmi və milli kimlik istiqamətində alimlərdən gözləntilərin böyük olduğunu da əlavə edib.

44 filmi