6-cı "Korkut Ata" Film Festivalında Samir Kərimoğlunun "Torpağı sanı yaşayasan" filmi nümayiş olunub
- 06 noyabr, 2026
- 17:23
Yeniliklərdən dərhal xəbərdar olun!
6-cı "Korkut Ata" Türk Dünyası Film Festivalı çərçivısində Samir Kərimoğlunun "Torpağı sanı yaşayasan" filmi nümayiş olunub.
"Report"un İstanbula ezam olunan əməkdaşı xəbər verir ki, ekran işi festivalın qısametrajlı film kateqoriyasında yarışır.
Mistik janrda çəkilən "Torpağı sanı yaşayasan" filmi Birinci Qarabağ müharibəsi zamanı tibb işçisi Kamilin komandirini xilas etməsindən bəhs edir.
Köhnə telefon vasitəsilə dəstək məqsədli əlaqə yaratmağa çalışarkən gözlənilməz hadisə baş verir və o, gələcəklə rabitə qurur.
Telefonun digər başında öz nəvəsi ilə danışdığını anlayan Kamil oğlunun taleyi, polkovnikin sağ qalması və işğal altındakı torpaqların azad edilməsi barədə xəbər alır.
Film Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) maliyyə dəstəyi ilə "Mozg Media Group" tərəfindən istehsal olunub.