​Texasda təqaüdçü küçə itləri üçün qatar düzəldib - VİDEO

Maraqlı
  • 11 oktyabr, 2015
  • 07:41
​Texasda təqaüdçü küçə itləri üçün qatar düzəldib - VİDEO

Bakı. 11 oktyabr. REPORT.AZ/ ABŞ-ın Fort-Uert şəhərindən (Texas ştatı) olan təqaüdçü Yucin Bostik plastik çəlləklərdən küçə itləri üçün qatar düzəldib.

"Report" xəbər verir ki, 80 yaşlı kişi bu qatar ilə itləri şəhərdə gəzdirir.

Bostik "The Dodo" nəşrinə bildirib ki, həftədə bir-iki dəfə gəzinti heyvanların çox xoşuna gəlir.

O hazırda 9 küçə itinə qayğı göstərir.

​Texasda təqaüdçü küçə itləri üçün qatar düzəldib - VİDEO