Türkiyədə təyyarə dənizə qəza enişi edib: göyərtədəkilər xilas edilib - YENİLƏNİB

Region
  • 09 sentyabr, 2026
  • 16:24
Türkiyədə təyyarə dənizə qəza enişi edib: göyərtədəkilər xilas edilib - YENİLƏNİB

Türkiyə Sahil Mühafizəsi Rizə vilayəti sahillərində suya qəza enişi edən şəxsi təyyarənin göyərtəsindəki iki Belçika vətəndaşını xilas edib.

"Report" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Rizə vilayətinin valisi İhsan Selim Baydaş bildirib.

Xilas edilənlər xəstəxanaya çatdırılıb.

Məlumata görə, şəxsi təyyarə Batumidən Ordu-Giresun hava limanına uçurmuş. Texniki nasazlıq səbəbindən o, sahil yaxınlığında suya qəza enişi edib.

Gürcüstandan havaya qalxan və göyərtəsində 2 nəfərin olduğu kiçik təyyarə Türkiyənin Rizə vilayəti sahillərində suya düşüb.

"Report" Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Məlumata görə, hadisə Çayəli rayonu sahillərində baş verib.

Qəza enişinin səbəbi hələlik müəyyənləşdirilməyib. Lakin təyyarənin Batumidən uçduğu bildirilir.