Elvis Preslinin nadir "Cadillac" avtomobili hərracda gözlənilmədən ucuz qiymətə satılıb
- 21 oktyabr, 2018
- 01:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 oktyabr. REPORT.AZ/ Rok-n-roll kralı ElvisPreslinin nadir "Cadillac de Ville Estate Wagon" avtomobiliAvstriyanın Zalsburq şəhərində, "Dorotheum" hərracındaplanlaşdırıldığından daha ucuz qiymətə satılıb.
Bu barədə "Report" "Local" portalınaistinadən xəbər verir.
Məlumata görə, təşkilatçılar 1972-ci ildə istehsal olunmuşretro nəqliyyat vasitəsini azı 100-200 min avroya satmağı planlaşdırıblar.Lakin avtomobil 69 min avroya satılıb.
Bildirilir ki, hərracdakı digər avtomobillər kifayət qədərbaha satılıb. Məsələn, 1971-ci ilə məxsus "Mercedes-Benz 280 SE 3.5Coupe" 89,7 min avroya, 1965-ci ilin istehsalı olan "Lancia FlaminiaSuper Sport 3C 2.8 Zagato" isə 339 min avroya satılıb.
KİV-in məlumatına görə, Preslinin avtomobilinin keçmişsahibi sazişdən 5 min avroya yaxın qazanıb.
"Cadillac de Ville Estate Wagon" məşhur müğənnininidarə etdiyi sonuncu avtomobil olub. Presli onunla 100 min kilometr məsafə qətedib.
Avtomobil həm də Amerikanın "Sunroof" şirkətininonu sedan "Deville" bazası əsasında istehsal etdiyi iki nəqliyyatvasitəsindən biri olması ilə nadir sayılır.