​Dünyanın ən yaşlı peşəkar investoru 109 yaşında vəfat edib

Maraqlı
  • 27 fevral, 2015
  • 19:49
​Dünyanın ən yaşlı peşəkar investoru 109 yaşında vəfat edib

Bakı. 27 fevral. REPORT.AZ/ Nyu-Yorkda dünyanın ən yaşlı fəal investoru İrvinq Kan 109 yaşında dünyasını dəyişib.

"Report" "Business insider"ə istinadən xəbər verir ki, Kan karyerasına ötən əsrin 20-ci illərinin sonunda başlayıb.

Həmin vaxt o, Uoll-stritdə birja analitiki kimi fəaliyyətə başlayıb. İrvinq Kan, həmçinin Kolumbiya Universitetinin biznes məktəbində də çalışıb.

44 - Tezliklə