ABŞ-da uzunömürlü ər-arvad birlikdə yaşamalarının 82 illiyini qeyd edib
Maraqlı
- 04 aprel, 2019
- 02:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın Şimali Karolina ştatında uzunömürlü ər-arvad birlikdə yaşamalarının 82 illiyini qeyd edib.
"Report" xəbər verir ki, WSOC-TV bildirib.
Qeyd edilir ki, Uilyams ailəsində bu il kişinin 103, qadının isə 100 yaşı tamam olur. Onlar birgə ailə həyatlarının 82 illiyindən başqa, həm də doğum günlərini qeyd ediblər.
Məlumata görə, cütlük 82 illik birgə ailə həyatında bir-birindən cəmi 7 gün ayrı qalıb.
Qeyd edilir ki, bu əlamətdar gün münasibətilə onların nəvələri Di və Uill Uilyams uzunömürlülər üçün möhtəşəm əyləncə gecəsi təşkil ediblər.
Cütlüyün nəvələri nəşrə müsahibələrində bildiriblər ki, onların nənə-babaları ən yaxşı dostlardır.
Son xəbərlər
00:00
Azərbaycanda Konstitusiya Günüdür
Daxili siyasət
23:42
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Hadisə
23:39
Rusiyada iki avtomobilin toqquşması nəticəsində yeddi nəfər ölüb
Region
23:23
"Reuters": İran Omanın Hörmüz adasındakı naviqasiya sistemlərinə hücum edib
Digər ölkələr
22:58
Niderland hərbi xidmətə çağırışı mərhələli şəkildə bərpa edəcək
Digər ölkələr
22:57
Yeniyetmələrin Yay Olimpiya Oyunları: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib
Fərdi
22:43
İtaliyada 6,3 min məktəb partlayış təhdidi ilə bağlı elektron məktublar alıb - Yenilənib
Digər ölkələr
22:26
Zelenski İrlandiyada ABŞ nümayəndə heyəti ilə görüş keçirəcəyini açıqlayıb
Digər ölkələr
22:12
Ermənistan Prezidenti TRIPP layihəsi üzrə qanunu imzalayıb
Region