"Zamin Bank" və "Atabank"ın əlavə əmlakları icarəyə verilir
- 17 may, 2022
- 13:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Mayın 19-da ləğv prosesində olan "Zamin Bank" ASC-nin, mayın 24-də isə ləğv prosesində olan "Atabank" ASC-nin əlavə daşınmaz əmlaklarının icarəyə verilməsi ilə bağlı hərrac keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət "Zamin Bank"a məxsus Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 25A, 1171-ci məhəllə ünvanındakı 364,5 kv.m-lik və "AGBank"a məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən 496,4 kv.m.-lik qeyri-yaşayış sahələrindən gedir.
Hərracda iştirak üçün ərizələr müvafiq olaraq sabah və mayın 22-də günün sonuna qədər qəbul olunur. Hərrac ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasında olacaq.