"Yelo Bank" 6 nominasiya üzrə qalib seçildi

Maliyyə
  • 02 aprel, 2026
  • 12:32
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin hər il ənənəvi olaraq keçirdiyi "Bankçılıq Mükafatları" çərçivəsində 2025-ci ilin yekunları üzrə qaliblər elan edilib. "Yelo Bank" ASC-nin ötən il ərzində müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi effektiv fəaliyyəti ABA yüksək qiymətləndirib.

Bank aşağıdakı 6 fərqli nominasiya üzrə mükafata layiq görülüb:

• Korporativ sosial məsuliyyət;

• Maliyyə savadlılığı dəstəkçisi;

• Təhsil dəstəkçisi;

• Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü;

• Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi;

• Dayanıqlı bankçılıq üzrə layihələr (ESG).

"Yelo Bank" üçün ötən il həm rəqəmsallaşma, həm də sosial məsuliyyət baxımından olduqca məhsuldar keçib. Sözügedən istiqamətlər üzrə həyata keçirilən layihələr, xüsusilə təhsilə dəstək, KOB-un maliyyələşdirilməsi və dayanıqlı inkişaf təşəbbüsləri Bankın gündəlik fəaliyyət strategiyasının ayrılmaz hissəsidir.

Təcili kredit axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

"Yelo Bank" – Parlaq bankçılıq!