Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

Maliyyə
  • 16 sentyabr, 2026
  • 22:09
Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

2030-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) illik dəyərinin 169,1 milyard manata, o cümlədən qeyri-neft-qaz ÜDM-nin illik dəyərinin 138,6 milyard manata çatacağı proqnozlaşdırılır.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ortamüddətli dövrdə ÜDM-in orta illik real artım tempinin 3,3 %, o cümlədən qeyri-neft-qaz ÜDM-nin 4,4 % olacağı proqnozlaşdırılır.

2030-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının 82 %-ə çatacağı gözlənilir.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 129,1 milyard manatlıq ÜDM istehsal olunub. Bunun 71,5 %-i və yaxud 92,3 milyard manatlıq hissəsi qeyri-neft-qaz sektorunda formalaşıb.

2026-cı ildə Azərbaycanda ÜDM-in 1,7 % artacağı proqnozlaşdırılır, o cümlədən qeyri-neft-qaz sektorunda artım 3,1 %, neft-qaz sektorunda azalma 3,3 % təşkil edəcək.

44 filmi