Yaponiya iqtisadiyyatı 27% kiçilib

Maliyyə
  • 17 avqust, 2020
  • 10:13
Yaponiya iqtisadiyyatı 27% kiçilib

Bu ilin II rübündə Yaponiya iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 27,8% kiçilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu II Dünya müharibəsindən bəri ən böyük iqtisadi geriləmədir. 

Xatırladaq ki, Yaponiya iqtisadiyyatı ötən ilin IV rübündə 1,8%, bu ilin I rübündə isə 0,6% kiçilmişdi.