"Xəzər Kredit İttifaqı"nın xalis mənfəəti 3 %-ə yaxın azalıb
- 29 aprel, 2026
- 10:33
"Xəzər Kredit İttifaqı" MMC 2025-ci ili 84 min manat xalis mənfəətlə başa vurub.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən təxminən 2,7 % azdır.
Ötən il "Xəzər Kredit İttifaqı"nın vergiyəqədərki mənfəəti 88 min manat (əvvəlki illə müqayisədə 2,7 % az), mənfəət vergisi ödəmələri isə 4 min manat (2,7 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Xəzər Kredit İttifaqı"nın aktivləri 987 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,4 % çoxdur. Bunun 903 min manatı üzvlərə verilmiş kreditlərdir. 2025-ci ildə kredit ittifaqının borc portfeli 8,5 % böyüyüb.
Hesabat dövründə kredit təşkilatının öhdəlikləri 33,7 % artaraq 258 min manata, balans kapitalı isə 6,4 % artaraq 729 min manata çatıb.
Xatırladaq ki, "Xəzər Kredit İttifaqı" 1999-cu ildə yaradılıb, Lənkəranda fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 67 min manatdır.