"Xalq Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb
- 10 noyabr, 2026
- 15:01
Yeniliklərdən dərhal xəbərdar olun!
"Xalq Həyat Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarını 2,145 milyon manat mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % çoxdur.
Yanvar-iyun aylarında "Xalq Həyat Sığorta"nın gəlirləri 11,684 milyon (1 il əvvələ nisbətən 15,2 % çox), xərcləri 9,251 milyon manat (14,8 % çox), mənfəət vergisi ödəmələri isə 288 min manat (2,1 dəfə çox) təşkil edib.
Bu il oktyabrın 1-nə "Xalq Həyat Sığorta"nın aktivləri 31,088 milyon manat olub ki, bu da illik müqayisədə 2 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 9 % artaraq 13,942 milyon manata çatıb, balans kapitalı isə 3 % azalaraq 17,145 milyon manata düşüb.
Xatırladaq ki, "Xalq Həyat Sığorta" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta" ASC-yə məxsusdur.