"Xalq Həyat Sığorta" I yarımilin maliyyə nəticələrini açıqlayıb

Maliyyə
  • 08 avqust, 2026
  • 16:52
Xalq Həyat Sığorta I yarımilin maliyyə nəticələrini açıqlayıb

"Xalq Həyat Sığorta" ASC bu ilin I yarısını 1,54 milyon manat mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,95 % çoxdur.

Yanvar-iyun aylarında "Xalq Həyat Sığorta"nın gəlirləri 7,755 milyon (1 il əvvələ nisbətən 6,8 % çox), xərcləri isə 6,215 milyon manat (7,8 % çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə "Xalq Həyat Sığorta"nın aktivləri 30,237 milyon manat olub ki, bu da illik müqayisədə 0,9 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 16,6 % artaraq 13,697 milyon manata çatıb, balans kapitalı isə 9,2 % azalaraq 16,54 milyon manata düşüb.

Xatırladaq ki, "Xalq Həyat Sığorta" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta" ASC-yə məxsusdur.