Vüqar Gülməmmədov büdcə vəsaitlərinin proqnozlaşdırılmasının səmərəliliyinə mane olan amilləri açıqlayıb
- 06 noyabr, 2018
- 08:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 noyabr. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsi öhdəliklərinin məbləğinin müəyyənləşməsi işinin yekunlaşdırılmaması büdcə vəsaitlərinin proqnozlaşdırılmasının səmərəliliyinə mane olur.
“Report”un verdiyi xəbərə görə, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib.
“Gələn ilin dövlət büdcəsində sosial müfadiə, sosial təminat üzrə proqnozlaşdırılmış vəsaitin əsas hissəsi DSMF-yə dövlət öhdəliklərinin maliyyələşdirilməsi məqsədilə nəzərdə tutulub. Bu öhdəliklərin məbləğinin müəyyənləşməsi işinin yekunlaşdırılmaması, öhdəlikləri yaradan istiqamətlərin müvafiq sənədlərə daxil edilməməsi büdcə vəsaitlərinin proqnozlaşdırılmasının səmərəliliyinə mane olmaqla, vəsaitlərin nəticəli istifadəsinə, eyni zamanda, sosial fondun maliyyə dayanıqlığının təmin edilməsinə təsir edən əsas amillərdir. Bu işlərin təsdiq olunmuş pensiya konsepsiyasına uyğun olaraq yekunlaşdırılması dövlət büdcə vəsaitinin hesabına maliyyələşdirilən soaial müdaifə tədbirlərinin genişləndirilməsinə imkan yaratmış olacaq”,- deyə o qeyd edib.
V.Gülməmmədov təhsil xərcləri ilə bağlı proqnozlara da toxunub: “Son illərdə ali təhsil köməkçi bölməsi ilə bağlı təsdiq edilmiş və icra olunmuş vəsaitlərin məbləğində nəzərəçarpacaq fərqlər var. Cari ilin 8 ayında təsdiq edilmiş məbləğdən cəmi 3,1 dəfə çox vəsait icra olunub. Proqnozlaşma zamanı təhsil bölməsində yer alan ali təhsil köməkçi bölməsində dövlət sifarişi ilə ali təhsilin maiyyələşməsi ilə bağlı xərclərin proqnozlaşdırlılmaması, lakin il ərzində vəsaitlərin bu köməkçi bölməyə yönəldilərək icra edilməsi müşahidə olunur. Bu isə dövlət büdcəsi ilə bağlı təsdiq edilmiş, qanunla müyyən olunmuş məbləğin sonda dəyişdirilməsinə səbəb olan amildir”.