“Viator Mikrokredit Azərbaycan” BOKT-un xalis mənfəəti 13 % artıb

Maliyyə
  • 18 aprel, 2023
  • 07:38
“Viator Mikrokredit Azərbaycan” BOKT-un xalis mənfəəti 13 % artıb

“Viator Mikrokredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 149 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 12,9 % çoxdur.

Ötən il “Viator Mikrokredit Azərbaycan”ın vergiyəqədərki mənfəəti 198 min manat (əvvəlki ilə nisbətən 3,1 % çox), mənfəət vergisi ödəmələri isə 49 min manat (19,7 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Viator Mikrokredit Azərbaycan”ın aktivləri 7,164 milyon manat olub ki, bu da illik müqayisədə 7,2 % çoxdur. Bunun 6,265 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 2,1 % böyüyüb.

Hesabat dövründə “Viator Mikrokredit Azərbaycan”ın öhdəlikləri 14,2 % artaraq 2,656 milyon manata, balans kapitalı isə 3,4 % artaraq 4,509 milyon manata çatıb.

Xatırladaq ki, “Viator Mikrokredit Azərbaycan” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 694 min manatdır. BOKT-un təsisçisi Norveçin “Viator AS” missioner təşkilatıdır.

44 - Tezliklə