"Viator Mikrokredit Azərbaycan" BOKT-un istiqrazlarına 9 investor maraq göstərib

Maliyyə
  • 21 dekabr, 2022
  • 11:44
Viator Mikrokredit Azərbaycan BOKT-un istiqrazlarına 9 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Viator Mikrokredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatının (BOKT) 350 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 350 ədəd istiqraz çıxarılıb.

Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.

İstiqrazlara 9 investor qiyməti 1 000 manat (14 %), ümumi məbləği isə 350 min manat olan 9 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” ASC -dir.

44 filmi