"Viator Mikro Kredit Azərbaycan” BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 23 yanvar, 2024
  • 05:37
Viator Mikro Kredit Azərbaycan” BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Yanvarın 25-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Viator Mikro Kredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatının (BOKT) faizli, təmin edilməmiş, sənədsiz, adlı 500 min manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarına əsasən, hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “CPM Invest Investisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.