"Viator Mikro Kredit Azərbaycan” BOKT-un istiqrazları listinqə daxil edilib
- 22 yanvar, 2024
- 11:12
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə "Viator Mikro Kredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatının (BOKT) 500 min manatlıq faizli, adlı, sənədsiz istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd istiqrazdan gedir. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər rüblük ödəniləcək.
Prosesin anderrayteri “CPM Invest Investisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.