“Viator Mikro-Kredit Azərbaycan” BOKT illik 14 % gəlirliliklə, 350 min manatlıq istiqraz buraxır
- 16 noyabr, 2022
- 15:27
Yeniliklərdən dərhal xəbərdar olun!
“Viator Mikro-Kredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) yeni istiqrazlarını yerləşdirməyə hazırlaşır.
“Report” bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 350 ədəd, yəni 350 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.