Vergilər naziri “Microsoft” korporasiyasının nümayəndə heyəti ilə görüşüb

Maliyyə
  • 09 mart, 2018
  • 13:49
Vergilər naziri “Microsoft” korporasiyasının nümayəndə heyəti ilə görüşüb

Bakı. 9 mart. REPORT.AZ/ Vergilər naziri Mikayıl Cabbarov “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələrində Dövlət Qurumları üzrə Biznes İnkişafı direktoru Evanqelos Xrisafidesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə “Report”a Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə “Microsoft” şirkəti və tərəfdaşlarının vergi və ədliyyə agentliklərində həyata keçirdikləri rəqəmsal transformasiya layihələri, “Microsoft” həllərinin tətbiqi sahəsində beynəlxalq təcrübə və informasiya texnologiyaları ilə bağlı məsələlər müzakirə edilib.

44 - Tezliklə