Valeri Levkov: Dünya Bankı beş ildə mənzil sektoruna investisiyaları iki dəfə artırıb
- 20 may, 2026
- 12:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya Bankı Qrupu son beş ildə mənzil sahəsinə investisiya qoyuluşunu iki dəfə artırıb.
"Report" xəbər verir ki, bunu Dünya Bankının infrastruktur üzrə vitse-prezidenti Valeri Levkov (Valérie Levkov) Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal mənzil maliyyələşdirilməsindən əlçatan mənzil üzrə yerli fəaliyyətə: qlobal inkişaf maliyyələşdirilməsindən və submilli maliyyələşdirmədən istifadə" mövzusunda panel müzakirəsində bəyan edib.
"Son beş ildə Dünya Bankı Qrupu mənzil sektoruna kapital qoyuluşlarını iki dəfə artırıb. Qrup 100-dən çox ölkədə layihələr həyata keçirir və bu istiqamətdə fəaliyyətini gücləndirməyi planlaşdırır. Keniyada torpaq islahatlarının dəstəklənməsi, Braziliyada 3 milyard ABŞ dollarına qədər özəl investisiya cəlb etməklə davamlı mənzil tikintisinin maliyyələşdirilməsi, həmçinin Pakistanın mənzil bazarında islahatlara yardım göstərilməsi mühüm nümunələrdəndir.
Bizim əsas vəzifəmiz dövlət resurslarından istifadə edərək əlverişli mühitin yaradılması yolu ilə özəl sektorun cəlb edilməsidir", - V.Levkov vurğulayıb.