“Union Kredit” BOKT-un zərəri 3 dəfə artıb
Maliyyə
- 11 iyun, 2021
- 05:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Union Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 230 min manat zərərlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 3 dəfə çoxdur.
Bu il yanvarın 1-nə “Union Kredit”in aktivləri 211 min manat olub ki, bu da illik müqayisədə 43,3% azdır. Bunun 103 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 32,7% kiçilib.
Hesabat dövründə “Union Kredit”in öhdəlikləri 50,4% artaraq 209 min manata çatıb, balans kapitalı isə 99,4% azalaraq 1 min manata düşüb.
Xatırladaq ki, “Union Kredit” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır.
Son xəbərlər
09:56
Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb
Biznes
09:55
Foto
Azərbaycanda 17 ölkənin 19 diplomatı ixtisasartırma kursunu bitirib
Xarici siyasət
09:54
Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var
Digər ölkələr
09:53
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
İnfrastruktur
09:52
Yəməndə son sutka ərzində husilərin hücumları nəticəsində 5 nəfər ölüb
Digər ölkələr
09:50
"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir
Sosial müdafiə
09:42
UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası növbəti oyununu keçirəcək
Futbol
09:42
İran ABŞ blokadasına baxmayaraq, 5 milyon tondan çox neft məhsulu ixrac edib
Energetika
09:40
"Yapı Kredi Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə